14 C
Baku
22 Noyabr 2024, 4:37
Baş xəbərSosial

Valideynlərin nəzərinə!

Elm və Təhsil Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, 26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.

Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:

  • Heydər Əliyev adına lisey;
  • T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
  • İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;
  • İ.Əfəndiyev adına elitar gimnaziya;
  • “Ankara məktəbi” məktəb-lisey;
  • 132-134 nömrəli təhsil kompleksi;
  • T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
  • Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
  • Zəngi liseyi.

Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlıların kütləvi şəkildə soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb

Aynur Camal

Yol süpürmə maşını alovlara təslim oldu

Bugün TV

Azərbaycanlı tələbələrin cənazələri sabah vətənə gətiriləcək-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu