20 C
Baku
28 İyun 2025, 3:02
Baş xəbərMüsahibə

“Bu səviyyəsizlikdən başqa bir şey deyil, tənqid edəndə də acıqlarına gəlir”-FOTOLAR

“Hazırda çəkilən serial və filmləri qətiyyən izləmirəm. Filmlər içərisində bir az babat olanları var. Serialları tənqid edəndə acıqlarına gəlir. Bu səviyyəsizlikdən başqa bir şey deyil. Hər oxuyandan Molla Pənah Vaqif olmadığı kimi, hər adam da kino çəkə bilməz. Əgər hər adam kino çəksəydi, daha bunun təhsilini niyə alırdılar?! Kinostudiyada fədakar insanlar var idi. Rejissorundan tutmuş, ən aşağı vəzifə olan tüstü verəninə qədər, hamısı ürəklə işləyirdilər. İndi bu fədai insanlar yoxdur” Bunu Bugun.tv-yə açıqlamasında Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.
Xalq artisti arzularından da danışıb. O, bildirib ki, sənət adamının arzuları da fərqlidir.

“Həyat şirin şeydir. Arzudan arzu doğur. 70 yaşın olur, istəyirsən ki, 75-i də görəsən. Hamı kimi bütün arzularım ailəmlə, ələxsus da nəvələrimlə bağlıdır. Onların toylarını, xoş sədalarını eşitmək istəyirəm. Sənət dünyasında olan adamların bir də ən böyük arzusu onların sənəti ilə bağlıdır. Ən böyük arzum bu ola bilər ki, mən filmlərdə çəkilim, boş qalmayım. Yaşıma uyğun rollar istəyirəm. Yaxşı senari olmalıdır ki, aktyor da onu ətə-qana gətirsin” deyə sənətkar bildirib.

Oxşar xəbərlər

Nənə nəvələrini görmək hüququna necə nail ola bilər?

Aynur Camal

Avropa İttifaqı Azərbaycanı sammitinə dəvət edəcək

Aynur Camal

Nubia Music 2 buraxıldı – daxili dinamik və arxa işığı olan rəngli smartfon

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu