21 C
Baku
28 İyun 2025, 1:23
Baş xəbər

Vaqif Poeziya Günləri çərçivəsində “Sözün repressiyası” filmi nümayiş olundu

Vaqif Poeziya Günləri çərçivəsində Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” (2022) sənədli filminin nümayişi olub.

Bugun.tv xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Eyni zamanda ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi də araşdırılır.

Filmdə Xalq yazıçısı Anar, tarixçi, cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun 1930-cu illərin repressiya dalğası və kommunizmin mürtəce mahiyyəti ilə bağlı fikirləri yer alıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstan parlamentinin sədri ermənistana səfər etdi

İntizar Əmirova

Hərbi liseydə orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə toplantı keçirilib – VIDEO

Aynur Camal

İsrailin Livanın paytaxtı Beyruta hava hücumu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu