28 C
Baku
27 İyun 2025, 11:30
Baş xəbərDünya

“Vaqner”in qurucusu bu üsyanla öz məqsədlərinə çatdıqlarını bildirib

Bugun.tv xəbər verir ki, Rusiyanın “Vaqner” mühafizə şirkətinin təsisçisi Yevgeni Priqojin ötən ay Rusiya administrasiyasına qarşı silahlı üsyanla məqsədlərinə çatdıqlarını iddia edib.

O bunu sosial media hesabındakı səsli mesajında bəyan edib.​

Priqojin mesajında ​​xalqın dəstəyinə hər zamankındən daha çox ehtiyacı olduğunu deyib. “Bizim ədalət yürüşümüz xainlərlə mübarizə və cəmiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz”.

“Vaqner”in xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarusa köçməsi səbəbindən bu xidmətin regional qırıcıların tədarükü mərkəzlərinin fəaliyyəti bir ay müddətinə dayandırılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Vaqner”in üsyanını “vətənə xəyanət” adlandırıb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

Aynur Camal

“Rəngi gözəl lal gözlər” və ya “şəxsiyyət vəsiqəsini dəyişdirən estetik əməliyyat”

Aynur Camal

ABŞ dövlət katibi Ermənistan və Azərbaycana çağırış edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu