7 C
Baku
7 Fevral 2026, 11:15
Hadisə

Varşavada binada 4 meyit tapıldı, 7 nəfər həbs edildi!

Bugun.tv xəbər verir ki, Varşavada istifadəsiz tikilidə 4 kişinin meyiti tapılıb. Hadisə ilə bağlı saxlanılan 7 nəfər məhkəmə tərəfindən həbs edilib. Evsizlərin istifadə etdiyi binada meyitlərdən ikisi müxtəlif mənzillərdə, digər 2-si isə çardaqda və zirzəmidə basdırılmış vəziyyətdə tapılıb.

Böyük ölçüdə çürümüş meyitlər ekspertiza üçün məhkəmə-tibb ekspertizasına aparılarkən, polis hadisə ilə bağlı 3-ü qadın olmaqla 7 nəfəri saxlayıb.

Varşava Rayon Prokurorluğunun sözçüsü Şimon Banna açıqlamasında hadisəni təsdiqləyib və saxlanılanların bəzilərinin Ukrayna vətəndaşları olduğunu bildirib.

Saxlanılan şəxslərdən biri, 34 yaşlı Ukrayna vətəndaşı Andrij S. dindirilərkən qətlləri törətdiyini etiraf edib.

Həbsdə olan digər 6 nəfər isə qətllərdən xəbəri olduğu halda səlahiyyətli orqanlara məlumat verməmək ittihamı ilə həbs edilərək həbsxanaya göndərilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

İslamabadda cümə namazı zamanı partlayış: azı 15 nəfər öldü

Aynur Camal

Dünya üzrə bir neçə ciddi zəlzələ baş verib

Aynur Camal

13 yaşlı oğlan ailəsini xilas etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu