30 C
Baku
28 İyun 2025, 14:52
Baş xəbər

Vasif Tağıyev: “Onun fikri hamını öldürmək idi,tam hazırlıqlı gəlmişdi”

“Səhər saat 08:00-da xidməti təhvil aldıq. Monitorlardan ərazini izlədiyimiz vaxt Saipa markalı maşının yaxınlaşdığını gördük”.

Bugun.tv xəbər verir ki, bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Vasif Tağıyev deyib.

O, bildirib ki, əli silahlı bir nəfər polisə işarə göstərərək binaya silahla atəş açaraq daxil olub və cinayət hadisəsini törədib: “Polis ona heç bir reaksiya verməyib, yerində oturur. Məlumat üçün deyim ki, polis də orada tam silahlı olur. Orada 6 ailə yaşayır. Terrorçunun fikri hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. İki dolu daraq, “Kalaşnikov” avtomatı, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra mən onu tərksilah etmək istəyəndə 2-ci atəş mənim çiynimdən dəydi. Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda orada İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi. Həm fars, həm Azərbaycan dilində qışqırırdım ki, polis kömək etsin”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Hollivud aktyorunun təyyarəsini ildırım vurub

Aynur Camal

TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüldü

Bugün TV

Elşən Gəncəvi mükafata layiq görüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu