24 C
Baku
19 İyul 2025, 8:59
Dünya

Vaşinqtonda şaxtalı soyuqlara baxmayaraq minlərlə insan Qəzzaya yürüş etdi

Bugun.tv xəbər verir ki, Fələstinə dəstək verən bir çox qrupların birgə Qəzzaya dəstək nümayişi təşkil edilib. Vaşinqtonun İsrailə və onu dəstəkləyən ABŞ rəhbərliyinə münasibətini bir daha ortaya qoydu.

Şəhər mərkəzinin Chinatown bölgəsində bir araya gələn izdihamlı qrup, dondurucu soyuğa baxmayaraq, Pensilvaniya prospektini izləyərək Konqres binasının önünə qədər getdi.

Nümayişçilər Fələstini dəstəkləyən pankartlar daşıyarkən, “Qəzza yenidən doğulacaq, Fələstin heç vaxt ölməyəcək”, “Fələstinə azadlıq”, “Qəzzədə atəşkəs, indi” kimi şüarlar da səsləndiriblər.

Fələstin Gənclik Hərəkatının üzvü Məhəmməd Qasim, “İsrailin soyqırımı 130 gün keçdi, dərhal atəşkəs üçün küçələrə çıxdıq, ABŞ-dan İsraili maliyyələşdirməyi dayandırmasını tələb edirik” deyib.

Nümayişdə iştirak edən Oberlin Universitetinin müəllimi, professor Stiv Krouli deyib: “Biz Qəzzada davam edən soyqırıma reaksiyasız qala bilməzdik, Bayden administrasiyasını ona silah dəstəyi verməməyə çağırırıq”. söyləyib.

Polisin təhlükəsizlik tədbirləri altında keçirilən nümayiş axşam saatlarında başa çatıb.

Mənbə trthaber

İntizar Əmirova

Oxşar xəbərlər

Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərildi

Teymur Əziz

Polis əməliyyat keçirdi, saxlanılanlar var

Nigar Məmmədova

Kondisioner olmadan istiyə necə dözmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu