21 C
Baku
11 İyun 2025, 3:37
Siyasət

“Vaxtilə İranda təhsil almış azərbaycanlı gənclərin böyük çoxluğu bu sistemin qurbanına çevrilib”-Arzu Nağıyev

Hər kəsin əqidə və dini etiqadına hörmətlə yanaşıldığı tolerant ölkədə yaşayırıq. Lakin Konstitusiyamızın 18-ci maddəsinə zidd olaraq cənub qonşumuz Azərbaycan vətəndaşlarından istifadə edərək ölkədə satibliyi pozmağa cəhd edir. Son günlərdə DTX-nin keçirdiyi silsilə əməliyyatlarla İrana bağlı cəsus şəbəkəsinin ifşası bu məsələni yenidən gündəmə gətirdi.

Sabiq xüsusi xidmət orqanları əməkdaşı, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məsələ ilə bağlı Bugün.tv-ə münasibət bildirdi:

“Bu bir gerçəkdir ki, tarix boyu din, inanclar insanların zəif nöqtəsi olub. Və bu zəifdən zaman-zaman dövlətlər bir-birinə qarşı silah kimi istifadə ediblər. Qeyd edim ki, insanlar bu cür cəsus şəbəkələrinə bir neçə istiqamətdə cəlb olunur. Statistikaya nəzər salsaq görərik ki, İran bu sahəyə əsasən gəncləri cəlb edir. Hansı ki,o gənclər öz ölkələri üçün faydalı ola bilərlər. 90-cı illərdən başlayaraq İran Azərbaycanda passiv şəkildə də olsa bu cür əməllərlə məşğul idi. Lakin son illərdə bu fəaliyyət aktiv hal almağa başlayıb”.

Arzu Nağıyev bildirib ki, əsas silah kimi insanların inanclarından istifadə edən İran dini ön plana çıxararaq beyinyuma əməliyyatlarından manipulyasiya metodu kimi istifadə edir. Vaxtilə İranda təhsil almış azərbaycanlı gənclərin böyük çoxluğu bu sistemin qurbanına çevrilib.

Sonda deputat qeyd edib ki: “İranın məqsədi radikal dini qruplaşmalar yaradıb onları silahla təmin edərək Azərbaycana təzyiq göstərməkdən ibarətdir”.

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

Rusiyada prezident seçkilərində seçici fəallığı 65%-ə yüksəlib — MSK

Bugün TV

İsrail qüvvələrinin İordan çayının qərb sahilində bir avtomobili bombaladı

Aynur Camal

Fransa prezidenti Çinə səfər edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu