24 C
Baku
11 Sentyabr 2025, 23:30
Baş xəbərDünya

Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır

Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.

Bugun.tv “TASS”a istinadən xəbər verir ki, şəhərin tarixi ada hissəsində, eləcə də Murano, Burano və Torçello adalarına qrup halında səfər edən turistlərin sayı 25 nəfərdən çox olmamalıdır.

Bu qərar hələ də Dövlət Şurası (parlament – Qeyd) tərəfindən təsdiqlənməlidir və bu halda 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək. Tədbirin təşəbbüskarlarının fikrincə, bu, gələcəkdə turist axınını daha yaxşı təşkil etməyə, eləcə də ictimai asayişi təmin etməyə imkan verəcək. Bundan əlavə, müəyyən səs həddini aşan bələdçi mikrofonlarının qadağan edilməsi planları var.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakının bəzi küçələrində tıxac yarandı – SİYAHI

Bugün TV

İsraildən Suriyaya iki ayrı hava hücumu

Aynur Camal

İlham Əliyev Sudanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu