18 C
Baku
28 Oktyabr 2025, 3:37
Baş xəbərDünya

Venesiyanı ziyarət edəcək turistlər üçün məhdudiyyətlər tətbiq olundu

Turizmin mənfi təsirlərinin azaldılması üçün Venesiya şəhərini ziyarət edəcək turist qruplarının həcmi azaldılacaq.

Bugun.tv “Euronews”a istinadla xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyinin açıqlamasında bildirilib.

Açıqlamada iyundan etibarən Venesiyanı ziyarət edəcək turist qruplarının maksimum 25 nəfərdən ibarət ola biləcəyi vurğulanıb. Bundan başqa, turist qruplarının şəhərlə tanışlığı zamanı səsgücləndiricilərdən istifadənin də qadağan ediləcəyi qeyd olunub.

Bu tədbirlərin məqsədinin Venesiyanın tarixi mərkəzi ilə yanaşı, ən çox ziyarət olunan Murano, Burano və Torcello adalarında da hərəkətin nizamlanması olduğu bildirilib.

Xatırladaq ki, BMT-nin mədəniyyət agentliyi Venesiyanın UNESCO-nun təhlükə altında qalan irs nümunələri siyahısına salınması məsələsini iki dəfə müzakirəyə çıxarıb. Həmin müzakirələrdə turizmin şəhərə mənfi təsirləri əsas amil kimi vurğulanıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bəşər Əsəd Vladimir Putinə təşəkkür etdi

Nigar Məmmədova

Azərbaycan-Çin Əlaqələri Yeni Mərhələdə

Aynur Camal

Ata qətlə görə həbsdə olan oğluna narkotik ötürmək istəyib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu