13 C
Baku
10 Aprel 2026, 14:21
Digər

Venesuela mədən sektorunu xarici investorlara açır

Venezuela Milli Assambleyası ölkənin mədən sektorunu modernləşdirmək və xarici investisiyaları cəlb etmək məqsədi daşıyan yeni qanun layihəsini qəbul edib.

Qanuna əsasən, qızıl və digər strateji mineralların hasilatında həm yerli, həm də xarici şirkətlərin iştirakı genişləndiriləcək. Eyni zamanda, mədən sektorunun uzun illər davam edən dövlət nəzarətindən qismən çıxarılması planlaşdırılır.

Qərarın Delcy Rodríguez tərəfindən təsdiqlənməsi gözlənilir.

Məlumata görə, yeni qanun mədən fəaliyyətlərinə 30 ilə qədər uzunmüddətli lisenziyalar verilməsini nəzərdə tutur və bu müddət əlavə olaraq uzadıla bilər. Bununla yanaşı, yataqların mülkiyyəti dövlətin əlində qalacaq.

Qanunun əsas məqsədi ölkədə iqtisadi şaxələndirməni artırmaq, neft gəlirlərindən asılılığı azaltmaq və zəngin mineral ehtiyatları iqtisadiyyata qazandırmaqdır.

Qeyd edək ki, Venezuela dünyanın ən böyük qızıl ehtiyatlarından birinə malikdir və eyni zamanda nadir torpaq elementləri, boksit, dəmir, kömür, mis, nikel və koltan kimi strateji resurslarla zəngin ölkələr sırasındadır.

Bundan əvvəl ölkədə neft sektoruna xarici investorların cəlb olunmasını asanlaşdıran qanun da qəbul edilmişdi. Bu addımlar Venesuela iqtisadiyyatının dirçəldilməsi istiqamində atılan mühüm addımlar kimi qiymətləndirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Aynur Camal

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Aynur Camal

Araşdırma: Pişiklər də eyni yeməkdən bezir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu