4 C
Baku
15 Yanvar 2026, 2:55
Dünya

Venesuelanın müvəqqəti dövlət başçısı Rodriges: Prezident Maduroya sadiqik

Venesuelada müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriges ABŞ-nin Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi hədəf alan hərbi müdaxiləsinə münasibət bildirib.

Rodriges Bolivarcı Milli Qvardiyanın Hərbi Akademiyasında keçirilən və dövlət televiziyası VTV-də canlı yayımlanan rütbəartırma mərasimində çıxış edərək, “Girov götürülən Prezident Nikolas Maduroya və Siliya Floresə sadiqliyimiz tamdır. Onlar azadlığa qovuşub ölkələrinə dönənə qədər mübarizəmizi davam etdirəcəyik”, – deyə qeyd edib.

ABŞ-nin hərbi müdaxiləsini sərt şəkildə tənqid edən Rodriges, Venesuela xalqının bu cür hücuma layiq olmadığını vurğulayıb. O, hadisəni iki ölkə arasındakı münasibətlərdə və tarixdə “qara ləkə” adlandırıb.

Rodriges bildirib ki, hücum zamanı Venesuela tərəfi təslim olmayıb: “Burada təslimiyyət olmadı, Vətən uğrunda müqavimət göstərildi. Bu mübarizə Simon Bolivar, Uqo Çaves və Venesuela üçün aparıldı.”

Tədbirdə Kuba xarici işlər naziri Bruno Rodriges, müdafiə naziri Vladimir Padrino Lopes, daxili işlər naziri Diosdado Kabello və hücum zamanı həlak olan hərbçilərin ailə üzvləri iştirak edib. Müvəqqəti dövlət başçısı mərasimdən sonra şəhid ailələrinə başsağlığı verib.

Hadisənin detalları

Xatırladaq ki, yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda gecə saatlarında partlayışlar və hərbi təyyarə səsləri eşidilib. Venesuela hakimiyyəti baş verənlərə görə ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Prezident Maduro və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi isə Maduro və Floresə qarşı narkoterrorizm və narkotik qaçaqmalçılığı da daxil olmaqla bir sıra ittihamlar irəli sürüldüyünü bildirib.

Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb. Bəzi ölkələr hücumu pisləsə də, ABŞ-ni dəstəkləyən açıqlamalar da səsləndirilib.

Rodriges müvəqqəti prezident elan edilib

ABŞ-nin hava hücumları ilə paralel olaraq Prezident Maduronun saxlanılmasından sonra onun müavini Delsi Rodriges yanvarın 5-də parlamentdə and içərək müvəqqəti dövlət başçısı vəzifəsini rəsmən üzərinə götürüb. Rodriges çıxışında Maduronun və Siliya Floresin ABŞ-də girov saxlanılmasını dərin kədərlə qarşıladığını bildirib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu