19 C
Baku
8 Sentyabr 2024, 3:56
Dünya

Vergi artımı qanun layihəsinə etirazlarda ölənlərin sayı 22-yə çatdı

Keniyada vergi artımı qanun layihəsinə qarşı etirazlarda həyatını itirənlərin sayı 22-yə yüksəlib.

Keniyada vergi artımı qanun layihəsinə qarşı dünənki etirazlarda can itkisi artır. Keniya Milli İnsan Haqları Komissiyasının sədri Roseline Odede polisin parlamentə basqın edən nümayişçilərə atəş açdığı 19-unun paytaxt Nayrobidə olduğu etirazlarda ümumilikdə 22 nəfərin həyatını itirdiyini, 300 nəfərin isə yaralandığını bildirib. Odede, “22 ölüm qeydə aldıq. “Biz araşdırmaya başlayacağıq” deyib.

Keniya Tibb Assosiasiyasının prezidenti Saymon Kiqondu bildirib ki, etirazlarda ən azı 13 nəfər həlak olub.

Keniyanın paytaxtı Nayrobidə nümayişçilər qanun layihəsinin dünən parlamentdə qəbul edilməsindən az sonra polis səddini keçərək binanın bir hissəsini və girişdə təhlükəsizlik qüvvələrinə məxsus avtomobili yandırıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli su ilə yanaşı, real güllələrdən də istifadə edib və ən azı 5 nəfərin həyatını itirdiyi açıqlanıb. Nümayişçilər Nayrobi qubernatoru Conson Sakacanın ofisinin yerləşdiyi bələdiyyə binasını da yandırıblar.

Çərşənbə axşamı, iyunun 18-də keçirilən etirazlardan sonra Keniya hökumətinin verdiyi bəyanatda ictimaiyyətin rəyləri nəzərə alınaraq qanun layihəsinə dəyişikliklər edildiyi açıqlanıb. Çörəkdə təklif olunan 16 faizlik əlavə dəyər vergisindən (ƏDV), valyuta əməliyyatları və maliyyə xidmətlərindən alınan vergilərdən, 2,5 faizlik avtonəqliyyat vasitələri vergisindən azad edildiyi bildirilib.

Keniya prezidenti Uilyam Ruto xarici borclanmadan asılılığı azaltmaq üçün vergi artımının zəruri olduğunu müdafiə edir. Keniyanın maliyyə naziri Njuquna Ndung bildirir ki, qanun layihəsi ilə onlar iqtisadiyyatı canlandırmaq, əlavə 346,7 milyard Keniya şillinq gəliri əldə etmək və borcları yüngülləşdirməyi hədəfləyirlər.

Mənbə: Haber Global

İntizar Əmirova

Oxşar xəbərlər

Xilasedicilərin gülümsəməsinə səbəb olan balaca qız – VİDEO

Aynur Camal

Çiçəkli çap modaya gəldi: bu yay onu necə geyinmək olar?

Aynur Camal

Avtobus sürücüsüsündən nümunəvi davranış

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu