Baş xəbərDünya

Vertolyotla gərginlik xəttini yoxlayarkən həyatlarını itirdilər!

İspaniyanın şərqindəki Valensiya bölgəsində helikopter qəzası baş verib. Helikopter yüksək gərginlikli xəttə çırpılaraq qəzaya uğrayıb, nəticədə 3 nəfər ölüb. İspaniyanın Valensiya bölgəsində yerləşən Puçol şəhərində helikopter qəzası baş verib. İspaniyanın Bigas Group Helicopters operatoruna məxsus Bell 206B Jet Ranger III helikopterinin yüksək gərginlikli xətlərə çırpılması nəticəsində 3 nəfər həyatını itirib.

Qəzanın vertolyotda olan 3 zabitin gərginlik xətlərinin bütövlüyünü yoxlamaq üçün bölgəyə gedərkən baş verdiyi öyrənilib.

Helikopterin sahəyə çırpılaraq yüksək gərginlikli xəttə dəyməsinin səbəbi araşdırılarkən Yanğından Mühafizə İdarəsinin əməkdaşları naqillərin kəsilməsi nəticəsində yaranan elektrik təhlükəsini izləmək və yanacaq səbəbindən baş verə biləcək yanğın riskini nəzarətdə saxlamaq üçün ərazini mühasirəyə alıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu