8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəliyi başda olmaqla üzvlərinin və təşkilata yaxın olan digər şəxslərin iştirakı ilə Qələbə Zəfərinin qeyd olunma tədbiri keçirilib.
Məlumatı Bugun.Tv-yə çatdıran şair, bədii qiraətçi, Vətən müharibəsi veteranı, hərbi mütəxəssis və ictimai xadim Cəbrayıl Qənbərin sözlərinə görə, tədbirdə təşkilatın rəhbəri polkovnik Cəlil Xəlilov, müavini polkovnik Nadir İsmayılov, eləcə də zabit və gizir heyəti, Vətən müharibəsi və Silahlı Qüvvələr veteranları iştirak ediblər.
Proqram çərçivəsində əvvəlcə Şəhidlər xiyabanı, Fəxri Xiyaban və daha sonra Zəfər meydanında şəhidlərin məzarları ziyarət olunub. İştirakçılar Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Polkovnik Cəlil Xəlilov ziyarət zamanı çıxışlarında bu günün xüsusi tarixi əhəmiyyəti barədə, eyni zamanda ölkə prezidenti İlham Əliyevin və Ulu öndər Heydər Əliyevin uğurlu siyasətindən bəhs edib.
Həmçinin Fəxri Xiyabanda toplanan hərbi və veteran ictimaiyyəti o cümlədən bu tədbirə qoşulan ziyalılar qarşısında şair, bədii qiraətçi Cəbrayıl Qənbər xalq şairi Qabilin “Ümid sənədir ancaq , Azərbaycan əsgəri !!” – adlı şeirini xüsusi olaraq səsləndirib.
Cəbrayıl Qənbər bildirib ki, bu cür ziyarətlərin keçirilməsi şəhidlərin əziz xatirəsinin yaşadılması, Vətən müharibəsi veteranlar ilə Şəhid ailələri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Abidələrin ziyarəti zamanı ayrı – ayrılıqda müxtəlif xatirə fotoları çəkilib və çıxışlar videolentə alınıb.
Qeyd edək ki, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.




