23 C
Baku
11 İyun 2025, 0:56
Baş xəbərSosial

“Veysəloğlu” MMC qida məhsullarında təhlükələ və risklər barədə konfrans keçirdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risklərin qiymətləndirilməsi qaydaları” mövzusunda təşkil olunub.

Təlimdə iştirakçılara HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, risk əsaslı yanaşmanı tətbiq edən HACCP qida məhsullarına ola biləcək təhlükələrin və risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır.

Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. Təlim zamanı iştirakçılara risklərin qiymətləndirilməsi qaydaları da izah edilib və müvafiq nümunələr göstərilib.

Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış vəkili maşın vurdu

Nigar Məmmədova

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız uğurlar xalqımızın firavan həyatını davamlı edəcək”

Nigar Məmmədova

Qırmızı bülletenlə axtarılan narkotik taciri tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu