Baş xəbərSosial

“Viki-mən” layihəsinə start verilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxanada (MEK) “Viki-mən” layihəsinə start verilib.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, layihənin açılış mərasimində təşkilat nümayəndələri, ekspertlər, təlimçilər və layihəyə seçilmiş gənclər iştirak ediblər.

“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya” şöbəsinin əməkdaşları Elnur Eltürk, Ofeliya Zöhrablı, MEK-in “Vikipediya” təlimçisi Səbinə Abızadə layihənin əhəmiyyətindən danışaraq, müasir dünyamızda “Vikipediya” virtual platformasının informasiya müharibəsində rolunu, önəmini diqqətə çatdırıb, gənclərin suallarını cavablandırıblar.

Qeyd edək ki, 150-dən çox gəncin müraciət etdiyi layihədə müsahibə mərhələsini uğurla keçmiş 25 nəfər iştirak hüququ qazanıb. Bir ay davam edəcək layihədə gənclər qruplar şəklində 8 sessiyadan ibarət “Vikipediya” təlimlərində iştirak edəcəklər.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

“Prezident İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır” – Fərid Həsənzadə

Aynur Camal

Zəmanət talonu ilə bağlı şikayətlər artmaqdadır – HÜQÜQŞÜNAS AÇIQLAMASI

Bugün TV

İlk dəfə eyni anda 4 orqan transplantasiyası həyata keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu