Baş xəbərDünya

Vikinqlər diş ağrısından əziyyət çəkiblərmi?

Vikinqlər dedikdə ilk təsəvvürümüzə gələn güclü, sağlam, enerjili və fədakar insanlar olur. Lakin tədqiqatlar göstərib ki, böyük yaşlı vikinqlərdə kariyes və ya diş infeksiyası olub.

Bugun.tv xəbər verir ki, İsveçin cənubunda aparılan qazıntılar zamanı bu araşdırılıb: 2005-ci ildə isveçli arxeoloqlar Varnemdə ən qədim daş kilsənin dağıntılarını, eləcə də onun ətrafında minlərlə qəbir tapıblar. Alimlərin tədqiq etdikləri 300-ə yaxın qəbirdə skeletlər əlverişli torpaq şəraiti sayəsində yaxşı vəziyyətdə qalıblar.

Arxeoloji tapıntılar Dövlət Stomatoloji Yardımının stomatoloqu, Höteborq Universiteti nəzdindəki Salqrensk Akademiyasının elmi əməkdaşı Karolina Bertilsson və onun həmkarlarına 171 nəfərin 2300-dən artıq dişini təhlil etmək imkanı verib. Bu insanların təxminən IX və XII əsrlər arasında, yəni vikinqlər dövrünün sonu və orta əsrlərin başlanğıcında yaşadığı müəyyən edilib. “PlОS One” beynəlxalq elmi jurnalında dərc olunan nəticələr göstərir ki, vikinqlərin yarıdan çoxu kariyesdən əziyyət çəkiblər. Onların əksəriyyətinin dişlərində abses və dəliklər aşkarlanıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Deputat Vüqar Bayramov: Azərbaycan yaxın illərdə qaz ixracını kəskin artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu