Çində keçirilən beynəlxalq yarışdan 6 qızıl 4 gümüşlə dönən Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov Bugun.tv-yə müsahibəsində idmançılarımızın uğurlarından danışıb.

“Çox yüksək nəticə əldə edən və ağır döyüşlər keçirən idmançılarımızdan mən kapitan komanda Ayman Mahal, Məhəmmədəli Axundov Çin idmançısını naqdoun etdi. İsmayıl Sayadlı, Məryəm Mahalova və Nailə Əliyeva çox yüksək nəticələr əldə etdilər. Hətta Beynəlxalq Çin Assosiasiyası tərəfindən xüsusi mükafatlara layıq görüldülər”, – o, bildirib. A.Sayadov gələn nəzərdə tutulan yarışlar haqında da məlumat verib.
“Mart ayında yenidən püşkatma olacaq. 2024 cü ilin dünya çempionatı keçiriləcək. Biz böyük ehtimal ona hazırlaşacağıq. Mən bütün bu diqqət və dəstəyə görə Azərbaycan Gənclər Və İdman Nazirliyinə başda Fərid Qayıbov olmaqla, nazir müavini Mariana xanıma, idman şöbəsinin rəisi Elnur Məmmədova dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bizi dəstəkləyən kuratorumuz Əlniyaz müəllimə də minnətdaram”, – deyib.

İdmançılarımız da Bugun.tv-yə müsahibə veriblər. Məhəmmədəli Axundovun sözlərinə görə, dəfələrlə Respublika Bakı çempionu olub. “Bu dünya çempionatında ilk döyüşüm idi. Şükürlər olsun ki, 1-ci yeri tuta bildim. Döyüşə 3 nəfərlə çıxdım. 1-ci döyüş sərbəst idi. Yarıfinalda və finalda rəqiblərimin ikisi də çinli idi. Finaldaki rəqibimi naqdaun edərək 1-ci yerə çıxa bildim. Mən öz müəllimim Asif Sayadova və baş məşqçimiz Arzuman müəllimə təşəkkürlərimi bildirirəm. Biz onların sayəsində qələbə əldə edə bildik.”

“Mən Ayman Mahal. Hon konqda dünya çempionu oldum. 2 döyüş keçirtdim 1 sərbəst idi. Yarıfinaldakı rəqibim də çox güclü idi. Yarış çox yüksək səviyyədə keçdi. Mən onun məğlub edərək qızıl medal qazandım”, – A.Mahal müsahibəsində bildirib.
Ətraflı linkdə: https://www.youtube.com/watch?v=jkxUbOysDaY
Bugun.tv olaraq bütün idmançılarımıza uğurlar diləyirik!
Müxbir: Qaytən Qasımzadə, Opertor: Samir Əliyev