34 C
Baku
27 İyul 2025, 16:06
Baş xəbərİdman

Vinq Çun Federasiyasının üzvü Süleyman İsmayılov: “Bu idman növü bizə özünümüdafiə ilə yanaşı özünə güvən hissini də aşılayır”

Bugun.tv olaraq hər zaman Azərbaycanın istedadlı gənclərinin tanıdılmasında maraqlıyıq. “Onları siz də tanıyın” rubrikasının qonağı bu dəfə Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Vinq Çun Federasiyasının15 yaşlı üzvü Süleyman İsmayılovdur.

Süleyman İsmayılov bugunş.tv müsahibə verib
Süleyman İsmayılov yarışda

Onu yaxından tanıyaq:

“Mən, Süleyman İsmayılov. 15 yaşım var. 3 ildir ki, Vinq Çun idman növü ilə məşğulam. Az müddət olsa belə, uğurlarım çoxdur. Honkoqda keçirilən dünya çempionatında ikinci yeri qazanmışam. Bu yaxınlarda keçirilən Respublika Çempionatında öz gücümü göstərərək çempion oldum”.

Vinq Çun idmanı üzrə dünya ikincisindən müsahibə
Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov və Respublika çempionu Süleyman İsmayılov

“Keçən 3 il ərzində yeni-yeni döyüş taktikaları mənimsədim. Bu idman növü mənə özünümüdafiə ilə yanaşı özünə güvən hissini də aşıladı. Bu yarışlara qatılaraq özümü inkişaf etdirdim. İndiki dövürdə səbrli olmaq çox çətindir, burada mənə səbrli olmağı da öyrətdilər. Gənclərə tövsiyə edirəm ki, Vinq Çun döyüş sənəti ilə məşğul olsunlar. Burada yalnız döyüşmək deyil, səmim olmaq,  əsəbləşməmək də öyədilır. Onu da deyim ki, mənim gələcəkdə arzum hüquq-mühafizə orqanlarında çalışmaqdır. Biz bilirik ki, hər bir polisin öz döyüş üsulları var. Mənim də sevdiyim döyüş növü Vinq Çundur.”

Vinq çun idman növü
Mükafatlandırma

 

“Mən bu idman növünü öyrənənədək çox çalışmışam, əziyyət çəkmişəm, ancaq bu gün nəticəm gözəldir. Düşünürəm ki, gələcəkdə bu idman növü mənə hansısa cinayətkarı zərərsizləşdirməkdə də çox kömək olacaq”.    

Bugun.tv olaraq, biz də idmançımıza gələcək karyerasında uğurlar diləyirik!

 

Bugün TV

Oxşar xəbərlər

Qurban Qurbanov: “Çox sərt komandaya qarşı oynayacağıq”

Nigar Məmmədova

Tiktokda paylaşım edən hərbçilər ordu sıralarından çıxarıldı – FOTO – RƏSMİ

Aynur Camal

“Musiqidə yaşayan ulu öndər” adlı mahnı müsabiqəsinə start verilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu