28 C
Baku
21 İyul 2025, 0:55
Dünyaİqtisadiyyat

“Virgin Orbit” şirkəti iflasa uğradığını elan etdi

Bugun.tv xəbər verir ki, Britaniyanın “Virgin Orbit” şirkəti iflasa uğradığını elan edib.

“Qabaqcıl innovasiya ruhuna, eləcə də bu çətin dövrdə səbr və peşəkarlıqlarına görə komandamızın hər bir üzvünə inanılmaz dərəcədə minnətdaram”.

Bunu “Virgin Orbit”in Baş İcraçı Direktoru Den Hart deyib.

Qeyd edək ki, şirkət ötən həftə  750 nəfəri işdən çıxarmaq qərarına gəldiyini açıqlamışdı. Bu rəqəm, kompaniyanın işçilərinin 85%-ni təşkil edir.

“Virgin Orbit” ötən ilin sentyabrında 243 milyon dollar aktiv və 135 milyon dollar kredit borcu olduğunu bildirmişdi.

Şirkətin yanvar ayında İngiltərədən buraxılan ilk peyk raketi “LouncherOne” uğursuzluğa düçar olub.

Forbes-in siyahısına görə, “Virgin Orbit”in qurucusu və sahibi Riçard Bransonun ümumi sərvəti təxminən 3 milyard dollardır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bərbər dükanını yandıran şəxs özünü yandırıb

Aynur Camal

Afrika ölkələrində qasırğa 10-larla insanın həyatına son qoydu

Nigar Məmmədova

Rusiya nəzarət orqanı sosial mediada “Vaqner” qrupunu blokladı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu