10 C
Baku
12 Dekabr 2024, 16:37
Dünya

Vitse-prezidentinin təyyarəsi radarlardan itdi

Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarəsi ölkənin paytaxtı Lilonqvedən havaya qalxdıqdan sonra radarlardan itib, BBC dövlət başçısının ofisinə istinadən xəbər verir. Təyyarənin göyərtəsində daha 9 nəfər olub.

BBC-nin məlumatına görə, ölkə prezidenti Lazarus Çakvera axtarış-xilasetmə əməliyyatına göstəriş verib. Təyyarə yerli vaxtla saat 10:00 radələrində ölkənin şimalındakı Mzuzu Beynəlxalq Hava Limanına enməli idi. Hadisə ilə əlaqədar cənab Çakvera Baham adalarına işgüzar səfərini ləğv edib.

Saulos Çilima 2014-cü ilin mayından Malavinin vitse-prezidenti vəzifəsində çalışır. AFP qeyd edir ki, o, 2022-ci ildə britaniyalı-malaviyalı bir iş adamının iştirakı ilə rüşvət məhkəməsinə görə səlahiyyətlərindən məhrum edilib. May ayında Malavi məhkəməsi cənab Çilimaya qarşı ittihamları ləğv etmişdi. Saulos Çilima siyasi karyerasına başlamazdan əvvəl Malavidəki transmilli şirkətlərin, o cümlədən Unilever, Coca-Cola və Airtel Malawi-nin törəmə şirkətlərində yüksək vəzifələrdə çalışıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Maradonanın kuboku satışa çıxarılıb: 5 milyon dollar gözlənilir

Aynur Camal

Terror təşkilatının üzvləri sərhəddə yaxalandı

Nigar Məmmədova

Daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu