9 C
Baku
22 Dekabr 2024, 10:38
Digər

Vizasız hansı ölkələrə səfər edə bilərik?

Səyahət etməyi sevməyən insan demək olar ki, yoxdur. Hər il müntəzəm şəkildə öz səyahətini planlaşdıran şəxslər hara gedəcəklərini indidən artıq dəqiqləşdiriblər. Viza almaqda çətinlik çəkənlər isə hələ seçim qarşısındadırlar. Elə isə, ilk ağıla gələn vizasız səyahət planıdır.

Təbii ki, səyahət etmək üçün viza almaq, uzun-uzadı sənədləşmələr etmək, səfər  planlamasının yorucu hissəsidir. Ancaq bu proseslərdən keçmədən də müxtəlik ölkələrə vizasız getmək mümkündü. Bunu bilməyənlərə Bugun.tv kömək olacaq.

Turzim eksperti Rəhman Quliyev deyir ki, vizasız gediləcək ölkələr arasında ilk sıralarda Cənub-Şərqi Avropada yerləşən Yunanıstan, Bolqarıstan, Rumıniya, Makedoniya, Albaniya, Kosovo, Monteneqro, Bosniya və Herseqovina və Sloveniya durur. Serbiyanın paytaxtı Belqrad, vizasız Balkan turu edənlərin üstünlük verdiyi ilk şəhərlərdəndir. “Şimalı Afrika ölkələrinə Misir, Mərakeş, Əlcəzair, Tunisə, demək olar ki, viza tətbiq olunmur. Şarx əl şeyx turist bölgələrinə də səyahət tətbiq olunmur. Ancaq piramidalara, Qahirəyə səyahət etdiyinizdə viza tətbiqi mütləqdir”

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, vizasız ən azı 10, maxsimum isə 90 gün səyahət edilən ölkədə qalmaq olar. Tur paketlərin qiymətləri isə müxtəlifdir. “Ümumiyyətlə, bir həftəlik səyahət sığortası və gündə üç dəfə qidalanma daxil, dörd ulduzlu otellerə gediş-dönüş bileti ilə birlikdə 650 dollardan başlayan qiymətlər mövcuddur. Viza tətbiq edən ölkələrin siyahısında, Azərbaycan turistləri üçün həmin ölkəyə girərkən viza almaq şansı var. Bura Vyetnam, Sinqapur da daxildi. Sinqapurda online viza əldə etmək də mümkündü”.

Qonşu dövlətlər Türkiyə, Gürcüstan, Rusiya, Tacikistan, Qazaxıstan, Özbəkistan isə  Azərbaycan vətəndaşlarının 90 gün ərzində vizasız, doya-doya gəzə biləcəkləri ölkələr arasında yer alır. Turistlər xarici ölkələrə səfər etmədən öncə həmin dövlətdə tətbiq olunan giriş-çıxış qaydalarını mütləq dəqiqləşdirilməlidir.

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gəldi

Bugün TV

Dekabrın 23-də gözlənilən hava şəraiti

Aynur Camal

Təməl işlərinin bərpasına başlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu