10 C
Baku
13 Dekabr 2024, 0:29
Baş xəbərDünya

Vladimir Putin: BRİKS-in qapısı yeni üzvlər üçün açıqdır

Yeni iqtisadi birlik olan BRİKS öz icmasına yeni üzvlər cəlb etmək istəyir. Bu məqsədlə Rusiya prezidenti Putin və prezident Ərdoğanın BRİKS sammiti çərçivəsində üz-üzə görüşmək barədə razılığa gəldiyi məlumdur. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS-ə sonuncu olaraq Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.

Rusiya prezidenti Vladimir Putin gələn həftə Kazanda keçiriləcək BRİKS sammitinə qədər qrupun qapısının yeni üzvlər üçün açıq olduğunu bəyan edib.

Putin Rusiya ilə Çin arasında əməkdaşlığın qlobal sabitliyi təmin edən əsas amillərdən biri olduğunu desə də, ABŞ-ın Çinin inkişafının qarşısını almaq üçün göstərdiyi səylərin nəticə vermədiyini və əks nəticə verdiyini, ABŞ iqtisadiyyatının artıq rəqabətədavamlı olmadığını bəyan edib. Çıxışında Çini Rusiyanın strateji müttəfiqi kimi xarakterizə edən Putin, ABŞ-ın Rusiya və Çini təhdid edərək Asiyada gərginliyi artırdığını bildirib.

Gələn həftə Kazanda keçiriləcək BRİKS sammitinə Fələstin prezidenti Mahmud Abbası da dəvət etdiyini deyən Putin, İsrail və Fələstin rəhbərliyi ilə də iki dövlətli həlli dəstəklədiklərini ifadə etdi məsələ gələn həftə BRİKS sammitində müzakirə olunacaq.

Digər tərəfdən, Kreml oktyabrın 7-də verdiyi açıqlamada Putin və prezident Rəcəb Tayyib Ərdoğanın BRİKS sammiti çərçivəsində üz-üzə görüşmək barədə razılığa gəldiklərini təsdiqlədiklərini açıqlayıb.

BRICS NƏDİR?

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə “BRIC” qrupunu qurdular. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı “BRICS” oldu.

Yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRİKS-ə qoşulub.

BRICS ölkələri illik sammit toplantılarında qərarlar qəbul edirlər.

Qrupa üzv olan ölkələr öz növbəsində bir il müddətinə qrupun rotasiya edən prezidenti olurlar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Media Reyestrindən xəbər var

Könül Kərimova

“Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır”

Teymur Əziz

Dünyanın ən qədim kitabı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu