Baş xəbərDünya

Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirdi

Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verib.

Bugun.tv TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları deyib.

Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. O, beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür və seçkilərdə qalib gəlsə, daha altı il – 2030-cu ilədək dövlət başçısı postunu tutacaq.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.

İntizar Əmirova

Oxşar xəbərlər

Cümə namazından sonra silahlı döyüş oldu: 1 ölü, 9 yaralı

Bugün TV

Qızıl Aypara Həftəsində Türkiyənin simvolik strukturları qırmızıya çevrildi

İntizar Əmirova

Vulkan 1600 metr yüksəkliyə püskürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu