28 C
Baku
10 Sentyabr 2025, 15:08
Baş xəbərDünya

Vladimir Putindən Ukrayna mesajı: İstanbulda razılaşmalar fundamental olmalıdır

Ukrayna ilə sülh danışıqları ilə bağlı Rusiya prezidenti Putin “Ukrayna ilə sülh danışıqlarını heç vaxt rədd etməmişik. İstanbul razılaşmaları əsas olmalıdır” deyib.

2022-ci il fevralın 24-də Avropanın mərkəzində müharibə başlayıb.

Rusiya NATO-ya daxil olmağa çalışan Ukraynaya girdi.

Uzunmüddətli gözlənti nəticəsində başlayan qarşıdurmalar 3-cü ildir davam edir.

Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən görüşlərdə rus və ukraynalı müzakirəçilər arasında əldə olunan, lakin heç vaxt həyata keçirilməyən ilkin razılaşmanın danışıqlar üçün əsas ola biləcəyini deyib.

Putin aşağıdakı ifadələrdən istifadə edib:

“Biz bunu əvvəllər də dəfələrlə demişik, mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri ilə bağlı Kiyevdəki hökumət nümayəndələri ilə razılaşdıq, hər şeyi razılaşdırdıq. Üstəlik, hazırda Ali Radada hakim partiyanın qrupuna rəhbərlik edən danışıqlar qrupunun rəhbəri bu sazişləri qəbul etmişdir. Bəli, bəzi şeylər üzərində bir az daha işləmək lazım idi, amma verdikləri razılıq qalır, sənəd var. Sonra Boris Conson gəldi. Məlum olduğu kimi, Britaniya hökuməti bunu inkar etmir, təsdiqləyirlər. Conson gəldi və ukraynalılara son ukraynalıya qədər döyüşməyi tapşırdı”.

İclasın sual-cavab hissəsində Putin Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanılması ilə bağlı qiymətləndirmələr edib.

O, çıxışında Durovla bir neçə il əvvəl Kremldə görüşdüyünü xatırladıb və deyib: “Mən Durovla illər əvvəl Moskvada bir dəfə görüşmüşəm. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm və o vaxt Kremldəki görüşlərin birində idi. O, planlarından danışıb. “O vaxtdan bəri onu görməmişəm” deyib.

Putin Durovu saxlayan Fransa hakimiyyətinin hərəkətlərinin aydın olmadığını və seçici olduğunu bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Təl-Əviv məhkəməsi “Əl-Cəzirə”yə qoyulan qadağanı daha 45 gün uzatdı

Sevinc Sadıqova

“Heydər Əliyev İli” ilə bağlı futbol turniri başladı – FOTOLAR

Nigar Məmmədova

“Prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi baş tutdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu