19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərDünya

Volodimir Zelenskinin xahişi rədd edildi

Bugun.tv xəbər verir ki, Avropa Yayım Birliyi (AYB) Ukrayna prezidenti Volodimir Zelenskinin bu il 67-ci dəfə keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin final hissəsində videokonfrans vasitəsilə çıxış etmək xahişini rədd edib.

Bu il 67-ci dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə cəmi saatlar qalıb.

İngiltərənin Liverpul şəhərində keçiriləcək müsabiqədən əvvəl Ukrayna prezidenti Voladimir Zelenski “Eurovision”a buraxılmayıb.

Müsabiqənin təşkilatçısı olan AYB Zelenskinin videokonfrans vasitəsilə müsabiqəyə qoşulmaq istəyini qəbul etməyib.

Rusiyanın Ukraynaya hücumlarına başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı müsabiqəsinin iştirakçılarına müraciət etməsinin “yarışmanı siyasiləşdirəcəyini” əsas gətirən AYB çıxışlar zamanı heç bir siyasi bəyanatla çıxış etməməyi xahiş edir.

AYB-nin açıqlamasında bildirilir ki, “160 milyon insana müraciət edəcəyi və ölkəsinə dəstək istəməsi gözlənilən video ilə müsabiqənin final hissəsində Zelenskinin iştirak tələbi rədd edilib”.

Açıqlamada “Eurovision”un yarandığı gündən qaydaları və prinsipləri olan beynəlxalq əyləncə proqramı olduğu vurğulanıb.

Ukrayna Prezident Aparatından verilən açıqlamada Zelenskinin danışmaq üçün müraciət etmədiyi, “Ukrayna Prezidentliyinin rəsmilərinin “Eurovision” rəsmiləri ilə əlaqə saxlamadığı qeyd edilib.

Xatırladaq ki, ötən il Eurovision Mahnı Müsabiqəsində Ukrayna qalib olub. Lakin Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyi üçün yarış İngiltərənin Liverpul şəhərində keçiriləcək.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistan Ukraynaya dəstək olacaq

Nigar Məmmədova

Türkiyənin Tokat şəhərində yol-nəqliyyat hadisəsi 5 nəfərin ölümünə səbəb oldu

İntizar Əmirova

İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu