İdman

Voleybolç İstanbulda gecə klubunda dava saldı

Bugun.tv xəbər verir ki, Kalininqradın “Lokomotiv” klubunun türkiyəli voleybolçusu Ebrar Karakurt İstanbuldakı gecə klublarından birində sərxoş halda dava salıb. Bu barədə Ensonhaber.com xəbər verib.

Mənbənin məlumatına görə, idmançı türkiyəli müğənni Melsum Erdostun konsertinə qatılıb. İfa zamanı voleybolçu səhnəyə çıxaraq mikrofonu ifaçının əlindən alıb. Qızlar arasında dava düşüb. Təhlükəsizlik Karakurtu müəssisədən qovub.

Karakurt bir müddət əvvəl ruslara qarşı qərəzli münasibəti barədə məlumat verib. İdmançı Rusiyada yaşayanların soyuq olduğunu düşündüyünü deyib. “Ancaq mən bura gələndə başa düşdüm ki, bu belə deyil” söyləyib.

Karakurt 2023-cü ilin fevralında “Lokomotiv”lə müqavilə imzalayıb. Bundan əvvəl voleybolçu İtaliyanın “Novara” klubunda çıxış edib.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

“Qarabağ”da şok ayrılıq!

Nigar Məmmədova

Çelsinin oyunçusu Əl-Nasirə transfer olacaq

Aynur Əfəndi Zadə

Qarabağda reqata idman yarışı keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu