Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Belarusiyanın nəqliyyat, rabitə və sənaye sahələrinə bağlı 51 nəfər və 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Bugun.tv TASS-a istinadən xəbər verir ki, bu barədə Fərman prezidentin saytında dərc olunub.
Yeni sanksiya siyahısına daxil edilən şirkətlər arasında MTS mobil daşıyıcısı, Rusiya Dəmir Yollarının törəmə şirkətləri, Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu və Minsk Avtomobil Zavodu var.