19 C
Baku
8 Sentyabr 2024, 3:45
Baş xəbərDünya

Volodimir Zelenski Davos iqtisadi forumunda iştirak edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edə bilər.

Bugun.tv “Tages-Anzeiger” qəzetinə istinadla xəbər verir ki, Ukrayna liderinin Bern şəhərinə də səfəri gözlənilir. Lakin həmin səfərlərin baş tutacağı dəqiq deyil. Hər şey Ukraynadakı vəziyyətdən asılı olacaq. Səfər baş tutmasa, Volodimir Zelenski foruma video bağlantı vasitəsilə qatılacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiya xidmətinin rəhbəri Nikola Bido yanvarın 14-də Davosda milli təhlükəsizlik müşavirlərinin Ukraynanın “sülh formuluna” həsr olunan görüşünün keçiriləcəyini bildirib. Görüş İsveçrə və Ukrayna tərəfindən birgə təşkil olunacaq.

İntizar Əmirova

Oxşar xəbərlər

Marinada 22 qayıq yandı

Aynur Camal

5 mərtəbəli iş mərkəzinin ikinci mərtəbəsində yanğın oldu

Bugün TV

Füzuli Ağdam yolunda mina partlayışı baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu