15 C
Baku
24 Oktyabr 2025, 4:52
Baş xəbərDünya

Volodimir Zelenski: Ukrayna öz ərazilərini işğalçıya verməyəcək

Ukrayna öz ərazilərini Rusiya işğalçılarına verməyəcək. Ərazi məsələsi ilə bağlı cavab Ukrayna Konstitusiyasında var.

Bugun.tv bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim yayına bilməyəcək və ya kənara çıxa bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcək”, -deyə dövlət başçısı bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin Prezidentin dediyi kimi, Ukrayna əleyhinə və onun iştirakı olmadan veriləcək istənilən qərar həm də sülhə qarşı olan addımdır.

“Ukraynasız bu qərarlar heç bir nəticə verməyəcək. Bunlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza insanların hörmət edəcəyi real, həqiqi sülh lazımdır. Biz Prezident Tramp ilə, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı – Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyası ilə mümkün “ərazi mübadiləsi”nə, eləcə də bəzi ərazilərin Ukraynaya qaytarılması ehtimalını diqqətə çatdırıb: “Bu, çox çətindir, lakin biz bəzi əraziləri qaytarmağa hazırlaşırıq. Bəzi ərazi mübadilələri edəcəyik. Hər iki tərəfin xeyrinə bəzi ərazi mübadilələri olacaq”.

Tramp Vladimir Putinlə görüşün tarixini və yerini də açıqlayıb. Onlar avqustun 15-də Alyaskada görüşəcəklər.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Rusiya uşaqlarını yay düşərgəsi adı altında Şimali Koreyadakı düşərgəyə göndərir

Aynur Camal

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Aynur Camal

İqlim çöküşü: Fəlakətin şahidi olduq… ‘Başqa ölkələrin səhlənkarlığının əvəzini biz ödəyirik’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu