22 C
Baku
12 Sentyabr 2025, 1:02
Baş xəbərDünya

Vulkan fəlakəti! Ətraf kəndlər yandı: Çoxlu insan öldü

İndoneziyanın Flores adasındakı Levotobi Laki-Laki vulkanı gecə ərzində iki dəfə püskürüb. Bölgə əhalisi üçün fəlakətə səbəb olan vulkan püskürməsi nəticəsində azı 10 nəfər ölüb.

Flores adasında yerləşən Levotobi Laki-Laki vulkanı yerli vaxtla saat 01.27 və 02.48-də püskürüb. Lava və kül püskürən vulkan ətraf kəndlərdə yanğına səbəb olub. Vulkan fəlakəti nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Milli Fəlakətin Qarşısının Alınması Agentliyinin (BNPB) sözçüsü Əbdül Muhari vulkandakı partlayışlardan 10 min 295 nəfərin zərər çəkdiyini və bir neçə kəndin boşaldıldığını bildirib. Bölgədəki həyəcan vəziyyətinin ən yüksək səviyyəyə qaldırıldığını izah edən Muhari yerli əhaliyə və turistlərə kraterin 7 kilometr radiusunda fəaliyyət göstərməmələrini bildirib. Vulkanologiya Agentliyindən verilən açıqlamada, “Levotobi Laki-Laki dağında vulkanik fəaliyyətlərdə əhəmiyyətli bir artım olduğu” ifadə edilərkən, yağışların səbəb olduğu lava daşqınlarının baş verə biləcəyi və bölgə xalqına xəbərdarlıq edildi. Vulkanik küldən qorunmaq üçün maska ​​taxmağı tövsiyə ediblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTOLAR

Aynur Camal

Bu ölkədə vulkan püskürdü

Bugün TV

Səpilən kimyəvi maddələr nədir və hansı məqsədi daşıyır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu