Hadisə

Vulkan faciəsi: Dukono vulkanında 3 alpinist həyatını itirdi

Bugun.tv– xəbər verir ki, İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono Volcano ərazisində baş verən güclü püskürmə faciə ilə nəticələnib. Rəsmi xəbərdarlıqlara baxmayaraq vulkana qalxan 20 nəfərlik alpinist qrupundan 3 nəfər həyatını itirib.

Məlumata görə, püskürmə yerli vaxtla səhər saatlarında baş verib. Vulkanın təxminən 10 kilometr hündürlüyə qədər kül püskürdüyü bildirilib. Hadisə zamanı dağda olan alpinistlər qəfil kül və lav axını ilə üz-üzə qalıblar.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 7 nəfər öz imkanları ilə dağdan enə bilib. Əvvəl itkin düşdüyü bildirilən digər 10 alpinist isə axtarış-xilasetmə qrupları tərəfindən sağ tapılıb.

Rəsmilər bildiriblər ki, ölənlərdən ikisi Singapur vətəndaşıdır.

Səlahiyyətli qurumlar vurğulayıblar ki, vulkanın ətrafı təhlükəli zona elan olunub və əraziyə giriş qadağan edilib. Buna baxmayaraq, qrupun xəbərdarlıqlara məhəl qoymadan marşruta davam etdiyi qeyd olunur.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumatına görə, Dukono vulkanı mart ayının sonundan bəri təxminən 200 dəfə püskürüb və bölgədə aktivlik yüksək olaraq qalır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Dəhşətli vulkan: 3 alpinist öldü, 10 nəfər itkin düşüb- VİDEO

Aynur Camal

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

NASA peyki: Mexiko şəhəri ayda 2 santimetrədək çökür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu