8 C
Baku
21 Dekabr 2025, 23:52
DünyaHadisə

Vulkan kül püskürməyə başladı

Bugun.tv xəbər verir k, hadisə İndoneziyada yaşanıb. Belə ki, Semeru vulkanı kül püskürməyə başlayıb.

Bu barədə yerli mətbuata Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian bildirib.

Onun sözlərinə görə,  bu gün 16 püskürmə baş verib. Xüsusilə şimal-şərq istiqamətində çoxlu miqdarda isti kül müşahidə olunub.

Alfian bildirib ki, birinci püskürmə səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib.

Semeru vulkanı kül püskürməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq olunub.

Qeyd edək ki, “Sakit Okean Atəş Halqası” zəlzələsi və vulkanik qurşağında İndoneziyada 130-a yaxın aktiv vulkan var.

Xatırladaq ki, 2021-ci ilin dekabrında vulkanın püskürməsi nəticəsində 34 nəfər ölüb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Motosiklet qəzası oldu: 1 ölü, 1 yaralı var

Bugün TV

Azərbaycan “Smerç” çoxlüləli reaktiv yaylım atəş sistemləri ilə təlimlər keçirib

Aynur Camal

Pentaqon pozğunluğa qarşı tədbir görür: Cinsiyyətini dəyişənlər orduya gedə bilməyəcəklər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu