Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra 6 kilometrlik təhlükə zonasından 47 min insan təxliyə edilib. Təxliyə prosesi 87 min nəfəri əhatə edəcək şəkildə genişləndirilib. Vulkanın 3 min metr hündürlüyə kül atdığı, lakin can itkisinin olmadığı açıqlanıb. Filippində vulkan təhlükəsi var…
Filippin Mülki Müdafiə İdarəsindən verilən açıqlamada Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra can itkisinin olmadığı bildirilib.
Açıqlamada bildirilib ki, vulkanın qərb və cənub yamaclarına ən yaxın rayonlarda yerləşən şəhər və kəndlərdə fövqəladə kütləvi evakuasiya aparılıb.
Açıqlamada, vulkanın ətrafındakı 6 kilometrlik “təhlükə zonası”ndan təxminən 47 min insanın təxliyə edildiyi bildirildi və təxliyə prosesinin təxminən 87 min nəfəri əhatə edəcəyi paylaşıldı.
Filippin prezidenti kiçik Ferdinand Markos jurnalistlərə açıqlamasında 6 kilometrlik təhlükə zonasından kənarda təxliyə edilən ailələrə dəstək verməyə hazır olduqlarını bildirib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu dünən Kanlaon vulkanının püskürdüyünü və 3 min metr yüksəkliyə kül səpdiyini açıqlayıb.
Kanlaon vulkanı iyun ayında aktivləşib. Vulkan təxminən 6 dəqiqə püskürüb və 5 min metr hündürlüyə çatan tüstü yaradıb.
Mənbə: Anadolu Agentliyi