13 C
Baku
2 Dekabr 2025, 19:37
DünyaHadisə

Vulkan püskürməsi: Kül 4400 metrə qalxdı

Yaponiyanın cənubundakı Kaqoşima körfəzindəki yarımadada yerləşən Sakurajima vulkanında püskürmə qeydə alınıb.

Kyodo xəbər agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda Sakurajima vulkanının püskürməsindən sonra kül buludlarının yerli vaxtla saat 00:58-də 4400 metr yüksəkliyə qalxdığını açıqlayıb.

Ölən və ya xəsarət alan olmayıb, ətrafdakı binalara da ziyan dəyməyib.

Vulkanda aktivlik püskürmədən sonra da davam edib və ətraf prefekturalara potensial tüstü və kül barədə xəbərdarlıq edilib.

Sakurajima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri heç kimin onun kraterindən 2 kilometr məsafədə olmasına icazə verilməyib.

Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzində ayrı bir ada olub. 1914-cü ildə baş verən böyük vulkan püskürməsindən sonra lava şərq sahil xəttini basdıqdan sonra Osumi yarımadası ilə birləşib.

Püskürmə Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

2 milyon makaron ələ keçirildi

Bugün TV

Qəhvə orqanizmi öd daşlarından qoruyur?

Aynur Camal

Yaponiyada Epsilon S tipli raket partladı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu