4 C
Baku
14 Yanvar 2026, 19:41
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracının əsas drayverinə çevrilir

“Prezident İlham Əliyev Tərtər Elektromexanika Zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Bu açılış bir daha göstərir ki, Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edərək qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilməkdədir”.

Bugun.tv– xəbər verir ki, bu barədə açıqlamanı iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

İqtisadçı ekspert qeyd edib ki, 2025-ci ildə ölkəmizdə 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal olunub və bu məhsullar 20 ölkəyə ixrac edilib. Bu isə müdafiə sənayesinin artıq Azərbaycana valyuta gətirən strateji sahə olduğunu təsdiqləyir.

Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələrin yaradılması, istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də keyfiyyətə nəzarət laboratoriyalarının qurulması ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Son iki ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində sərmayə qoyulub. Qarşıdakı illərdə bu sahədə istehsal olunan məhsulların illik ixrac həcminin 1 milyard dollara çatdırılması hədəflənir.

Hazırda dünya üzrə müdafiə sənayesinin həcmi 473 milyard dollar səviyyəsində qiymətləndirilir. Qlobal tələbin artması fonunda bu göstəricinin 2030-cu ilədək 1 trilyon dollara yüksələcəyi gözlənilir. Bu isə o deməkdir ki, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracının əsas drayverlərindən birinə çevriləcək.

Aynur Camal

Oxşar xəbərlər

“Bir millət, iki dövlət” alyansı – 34 il

Aynur Camal

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Teymur Əziz

Prezident müşavirə keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu