Baş xəbərSiyasət

Vüqar Bayramov: Azad edilən Qarabağ yenidən bərpa edilir

Bugun.tv xəbər verir ki, millət vəkili Vüqar Bayramov öz facebook səhifəsində paylaşım edib: ”Bu gün Azərbaycan üçün ən tarixi günlərdən biridir. Uzun illər həsrətində olduğumuz günləri yaşayırıq. Xankəndində ucaldılan bayraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası deməkdir. İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə üçrəngli bayrağımız qədim torpaqlarımızda göylərə qaldırıldı. Müzəffər Ali Baş Komandanımız 20 il öncə ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəfləri reallaşdırdı: artıq Azərbaycan öz tarixi ərazilərində suverenliyini tam bərpa edib. Bu zəfər həmçinin Azərbaycan üçün iqtisadi məna da kəsb edir. Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhvə verəcək. İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidən qurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu ölkə tarixində yeni səhifənin açılması deməkdir”-deyə V.Bayramov deyib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu