19 C
Baku
8 Sentyabr 2024, 4:05
Baş xəbərİqtisadiyyatMədəniyyət

Vüqar Bayramov: Bu gün Azərbaycanda ilk dəfə “Füzuli Şəhəri Günü” qeyd olunur

Bugun.tv xəbər verir ki, millət vəkili Vüqar Bayramov bu gün Füzuli şəhərində olub. O, Füzulidə keçrilən “Füzuli Şəhəri Günü haqqında öz facebook səhifəsində paylaşım edib:

“Bu gün Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri son 2 ayda minədək döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Füzuli Şəhər Gününüz Mübarək!”-deyə V.Bayramov bildirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması şanlı zəfərimizin davamıdır”

Bugün TV

Atelyedə yanğın oldu

Bugün TV

Minlərlə insan çay kənarında iftar etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu