14 C
Baku
19 Fevral 2026, 13:50
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal sülh gündəliyində rolunu gücləndirir

İlham Əliyev Vaşinqton səfəri, Vüqar Bayramov paylaşımı, Sülh Şurası ilk iclas, Donald Tramp dəvəti, Azərbaycan ABŞ münasibətləri, Qəzza bərpası ianə, Fələstin bərpası 70 milyard, Azərbaycanın çoxvektorlu siyasəti

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün bu ölkəyə işgüzar səfər etməsi ilə bağlı öz sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycanın beynəlxalq səviyyədə sülh təşəbbüslərində artan rolunun göstəricisidir.

Vüqar Bayramovun paylaşımında qeyd olunub ki, artıq 26 dövlət Sülh Şurasına qoşulub, əlavə olaraq daha 6 ölkənin də təmsil olunacağını bəyan etdiyi bildirilir. O vurğulayıb ki, İtaliya daxil olmaqla Avropa İttifaqının 5 ölkəsi Şuranın ilk iclasında iştirak etməyə qərar verib. Həmçinin Meksikanın da iclasa qatılacağı gözlənilir.

Deputatın sözlərinə görə, iclas çərçivəsində Qəzzanın bərpası üçün 5 milyard dollar ianə ayrılacağı ABŞ Prezidenti tərəfindən açıqlana bilər. Bununla yanaşı, BMT-nin qiymətləndirməsinə əsasən, Fələstinin tam bərpası üçün ümumilikdə 70 milyard dollar tələb olunur.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasət ölkəmizin həm Qərb, həm də Şərq ölkələri ilə tərəfdaşlığını möhkəmləndirərək regional təhlükəsizliyin təmin olunmasında rolunu daha da artırıb.

Deputat qeyd edib ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan–ABŞ münasibətlərində inkişaf dinamikası müşahidə olunur və Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ-la ikitərəfli əməkdaşlıq da genişlənməkdədir.

Paylaşımda vurğulanıb ki, Azərbaycan Yaxın Şərqdə sülh və sabitliyin əldə olunmasında maraqlı ölkə olaraq region dövlətləri ilə əlaqələrini son illərdə daha da gücləndirib və bir sıra birgə layihələr həyata keçirib. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyi diqqətə çatdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu