Baş xəbərSiyasət

Vüqar Bayramov: İranın riyakar siyasəti ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir

Müharibə

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov İranın regional siyasəti və ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Bugun.tv xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycanın mehriban qonşuluq siyasətinə baxmayaraq, İranın riyakar və nankor davranışı bir sıra ciddi suallar doğurur.

Vüqar Bayramov qeyd edib ki, qonşularla qarşıdurma siyasəti seçən İran böyük enerji ehtiyatlarına malik olsa da, hələ də aşağı-orta gəlirli ölkələr sırasında qalır. Onun sözlərinə görə, Dünya Bankının məlumatına əsasən, İranda əhalinin təxminən 40 faizi yoxsulluq həddində yaşayır.

Deputat vurğulayıb ki, İran dünyada qaz ehtiyatlarının həcminə görə ikinci, neft ehtiyatlarına görə isə üçüncü yerdə qərarlaşsa da, ölkədə adambaşına düşən ümumi daxili məhsul cəmi 4250 dollar təşkil edir. Bununla yanaşı, fiskal kəsirin ÜDM-in 4 faizindən çox olması ölkənin iqtisadi vəziyyətinin çətin olduğunu göstərir.

İqtisadçının sözlərinə görə, enerji ehtiyatlarına görə dünyanın ilk üçlüyündə yer alan İran adambaşına düşən milli gəlir səviyyəsinə görə 131-ci yerdədir. Bu isə ölkədə sosial-iqtisadi vəziyyətin və əhalinin rifah səviyyəsinin aşağı olduğunu göstərən əsas göstəricilərdən biridir.

Vüqar Bayramov əlavə edib ki, son illərdə İranda baş verən etirazların əsas səbəblərindən biri də məhz mövcud siyasətə qarşı narazılıq və ölkənin inkişaf yoluna keçməsi tələbi ilə bağlıdır.

Deputat hesab edir ki, mövcud vəziyyətdən çıxış üçün Tehranın siyasətində fundamental dəyişikliklərə ehtiyac var.

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: İran PUA-sının Azərbaycan ərazisinə buraxılması ciddi insidentdir

Aynur Camal

2026-cı ilin ən moda saç kəsimləri: Ultra-qısa piksi və uzun bob trenddir

Aynur Camal

8 Martda hansı çiçəkləri hədiyyə etməmək lazımdır – allergoloq xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu