4 C
Baku
23 Dekabr 2025, 3:50
Siyasət

Vüqar Bayramov: Pərakəndə ticarətdə vergi yükü azalır – qiymətlər enə bilər

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov “Vergi Məcəlləsi”nə edilən və gələn il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən dəyişiklikləri şərh edərək, pərakəndə ticarət və əhaliyə xidmət sahəsində vergi yükünün əhəmiyyətli dərəcədə azaldılacağını bildirib.

Deputatın sosial media hesabında paylaşımına görə, yeni dəyişikliklərə əsasən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılacaq. Bu zaman POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlər üzrə formalaşan dövriyyə 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Vüqar Bayramov qeyd edib ki, bu dəyişiklik faktiki olaraq sadələşdirilmiş vergi dövriyyəsinin iki dəfə artırılması deməkdir. Belə ki, hazırda 12 aylıq dövriyyəsi 200 min manatı keçən sahibkarlar 18 faiz ƏDV ödədikləri halda, yeni qaydalara əsasən dövriyyəsi 400 min manatadək olan sahibkarlar sadələşdirilmiş vergi ödəyəcək və ƏDV-dən azad olunacaqlar. Bu isə xüsusilə mikro sahibkarlar üçün vergi yükünün azalmasına səbəb olacaq.

Deputatın açıqlamasına görə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan əməliyyatlar üzrə sadələşdirilmiş vergi dərəcəsi də azaldılır. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 3 il müddətinə bu dərəcə 8 faizdən 6 faizə endiriləcək. Nağdsız ödənişlər isə nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Vüqar Bayramov vurğulayıb ki, pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən bu yeni vergi güzəştləri sahibkarların xərclərini azaldacaq. Bu isə öz növbəsində qiymətlərin aşağı salınması üçün iqtisadi zəmin yaradır. Deputat əlavə edib ki, qiymətlərin real olaraq necə dəyişəcəyi sahibkarların qəbul edəcəyi qərarlardan asılı olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Xarici İşlər Nazirliyi Aİ-nin anti-Rusiya sanksiyalarına cavab tədbirləri ilə hədələdi

Aynur Camal

Putin: Bütün əzablara baxmayaraq, mən hesab edirəm ki, biz mülki əhali haqqında da düşünməliyik

Bugün TV

Etirazlara baxmayaraq 13 saatlıq iş günü qanununu qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu