Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: “Sanksiyalar Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşməsinə səbəb olacaq”

Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub.

“Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib

V.Bayramov bildirib ki, sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır.

“Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir”, – deputat vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu