Baş xəbərKriminal

Vüqar və Elnur Məmmədovlar həbs olundu

Baş Prokurorluq tərəfindən internet informasiya ehtiyatlarında qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Bugun.tv xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

“Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib” – məlumatda qeyd olunur.

Qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.

Nigar Məmmədova

Oxşar xəbərlər

Tanzaniyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə yüksəldi

Aynur Camal

Azərbaycan səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanını ziyarət etdilər

Kəmalə Sultan

Elektrik avtomobilinin akkumulyatorunda törəyən yanğın 5 maşını külə döndərdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu