Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ideya müəlliflərindən biri və ilk sədri olmuş, pedaqoq, tədqiqatçı, ədəbiyyatşünas Vurğun Əyyubun (25 oktyabr 1957-24 sentyabr 2019) Anım günüdür. Onun Ömür yolu, anılar, anım xatirələri, Anım xəbərləri, Məqalə və xatirələr, müsahibələrdən ibarət mətnləri özündə birləşdirən “Sevgi seli” kitabında toplanıb.
Kitabın məsləhətçisi Əli Şamil, İdeya və ön söz müəllifləri professor Bədirxan Əhmədov, Etibar Əliyev və Anar Əsədlidir. Vurğun bəy yaddaşlarda təhsil islahatçısı, dürüst siyasətçi, gözəl müəllim və dəyərli dost kimi qalır və qalacaqdır…
Özülü dürüstlük və şəffaflıqla yoğrulmuş Vurğun bəyin ilk rəhbəri olduğu qurum indiyə qədər yaşayır və minlərlə gəncin biliyinin dürüst qiymətləndirilməsində öz fumksiyasını yerinə yetirir.
Dəyərli Dostum! Allahdan sənə Rəhmət diləyirəm…
Dostum Vurğun Əyyub ömrünün sonuna yaxın yazdığı “Azərbaycan romantizmini araşdırarkən…” adlı sanballı əsərini mənə bağışladı və dedi ki, oxuyub fikrimi bildirim…
Kitabın dəyəri barədə ona heç nə deyə bilmədim. Komaya düşmüşdü. Zəhmətin hədər getməyib, əziz dostum! Çox dəyərli kitabdır, Vurğun bəy! Tələbələr və ədəbiyyatçılar üçün əla vəsaitdir.