Dünya

Vyanada Qalisiya şəhidləri üçün Qurani-Kərim oxundu

Bugun.tv xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada Mərkəzi Qəbiristanlıqda dəfn edilən Qalisiya şəhidləri Quran oxunaraq yad olunub.

Türk-İslam Mədəniyyəti və Sosial Yardımlaşma Birliyinin (ATİB) təşkil etdiyi tədbirə Türkiyənin Vyana səfiri Ozan Ceyhun ilə yanaşı çox sayda vətəndaş qatılıb.

Səfir O.Ceyhun buradakı çıxışında Qalisiya cəbhəsində döyüşmüş şəhid türk əsgərlərinin məzarlarını ziyarət etmək və onlara dua oxumaq üçün bir araya gəldiklərini bildirib.

Qalisiya cəbhəsində artan qarşıdurmalar və epidemiya səbəbindən çoxlu türk əsgərinin müalicə üçün Avstriya və Macarıstana göndərildiyini qeyd edən Ceyhun Vyana Mərkəzi Qəbiristanlığında 131 şəhidin məzarının tapıldığını bildirib.

“Qalisiya cəbhəsində vuruşan Şevki Yazmanın xatirələrində qeyd etdiyi kimi, şəhidlərimiz “Komandir, Qalisiya hara gedəcək” – deyən, saf Anadolu uşaqlarıdır, çünki onlar bu qatara minərkən Qalisiyanın harada olduğunu bilmirlər. Onların xatirəsini yaşatmaq bizim borcumuzdur”,- səfir əlavə edib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu