18 C
Baku
13 Sentyabr 2025, 0:12
Baş xəbərHadisəKriminal

Vətəndaşları aldadan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib və o, saxlanılaraq istintaqa təqdim edilib. E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E. Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Zahid Oruc: “Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb”

Nigar Məmmədova

Ukraynada müharibə başlayandan bəri ən azı 362 uşaq həlak olub

Bugün TV

Qocalar evində yanğın: 20 ölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu