Bugun.tv xəbər verir ki, keyfiyyətli fotoşəkillərin göndərilməsi dövrü başlayır. WhatsApp-la göndərdiyiniz şəkillərdə keyfiyyət itkisi olurdusa, indən sonra istifadəçiləri bu problemlər gözləməyəcək. Çünki bu tətbiqə HD şəkil göndərmə funksiyası gəlir.
WhatsApp-da şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni “HD” seçimi görünəcək. Buna toxunan istifadəçilər şəklin standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini seçəcəklər.
Yeni funksiyadan tezliklə bütün istifadəçilər yararlana biləcəklər.
Mənbə: Ensonhaber
