Amerika lideri Donald Tramp təkcə Rusiyaya deyil, Ukraynaya da təzyiq etmək yollarını axtarır.
Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Newsmax-da bildirib.
“Prezident Tramp (Rusiya Prezidenti – RT) Vladimir Putinə və açığını desəm, Vladimir Zelenskiyə təzyiq göstərməyə davam etmək yollarını tapmağa çalışır” deyib.
Uitakerin fikrincə, Amerika lideri tərəfləri danışıqlar masasına oturtmaq, atəşkəslə razılaşmaq və münaqişəyə son qoymaq üçün Moskva və Kiyevə təzyiq göstərməyə çalışır.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, ABŞ-ın yeni sanksiyalarının Rusiyaya təsiri 6 aydan sonra aydınlaşacaq.
Mənbə: mail.ru
