Bugun.tv-xəbər verir ki, Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Women’s Entrepreneurship Summit 2025” tədbiri baş tutub.
Tədbirdə çıxışı barədə öz sosial media hesabında paylaşım edən Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, hazırda Azərbaycanda sahibkarların 33 %-i qadındır: “Kiçik sahibkarlıqda qadınların payı təxminən 20, orta sahibkarlıqda isə 10 %-ə yaxındır. İri sahibkarlar arasında hazırda qadın sahibkar demək olar yoxdur. Bu fakt onu göstərir ki, qadın sahibkarların daha fəal şəkildə, xüsusilə də orta və yeni sahibkarlıq sahəsində fəaliyyət göstərməsi çox vacibdir.
Məhsuldar və faydalı sammitin təşkilinə görə, təşkilatçıları və xüsusən Səkinə Babayeva xanımı təbrik edirəm”.

